KANAL24.AZ
Az Iw En Ru

Ramil Usubov Bakının dörd rayonuna yeni polis rəisi təyin etdi

Daxili işlər naziri Ramil Usubov Bakının dörd rayonuna yeni polis rəisləri təyin edib.

Sənədə əsasən, polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin, polis mayoru Elnur Əliyev Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin, polis polkovnik-leytenantı Natiq Camalov isə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Natiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.


01:06 05.09.2017
Xəbər lenti
Bütün xəbərlər