KANAL24.AZ
Az Iw En Ru

Sapar İsakov Qırğızıstanın yeni Baş naziridir

Qırğızıstan parlamenti - Joqorku Keneşin növbədənkənar iclasında Sapar İsakov Qırğızıstanın Baş naziri vəzifəsinə təsdiq edilib.

İclasda yeni hökumətin tərkibi və proqramı da bəyənilib.

Sapar İsakov iclasdakı “40 addım gələcəyə” adlı proqram çıxışında Qırğızıstan iqtisadiyyatının inkişafı, sosial təminat, təhlükəsizlik və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlər haqqında məlumat verib.

Joqorku Keneşin iclasından sonra Qırğızıstan Prezidenti Almazbek Atambayev Sapar İsakovun ölkənin Baş naziri təyin olunması ilə əlaqədar Fərman imzalayıb.

Bundan əvvəl Sapar İsakov Qırğızıstan Prezidenti Aparatının rəhbəri vəzifəsində çalışıb. O, ölkənin tarixində ən gənc Baş nazir oldu. Bu il S.İsakovun 40 yaşı tamam olur.


20:18 26.08.2017
Xəbər lenti
Bütün xəbərlər