KANAL24.AZ
Az Iw En Ru

Rusiya siyasətçiləri Mehriban Əliyevanı belə təbrik etdi

Bu gün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın ad gününüdür. Bu münasibətlə rusiyalı nazirlər, siyasət adamları, ictimai-siyasi xadimlər və bir sıra mədəniyyət işçiləri Mehriban Əliyevanı təbrik edib.

Kanal24 Moskva-Bakı portalına istinadla onların birinci xanıma ünvanladığı təbrikləri təqdim edir.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski təbrikində deyib:

"Mehriban Arif qızı Rusiya mədəniyyət xadimləri və işçiləri arasında böyük hörmətə malikdir. Hər kəs onu təkcə cazibədar qadın, Azərbaycan prezidentinin həyat yoldaşı, ölkənin yüksək vəzifəli şəxsi kimi yox, həm də mədəniyyət məsələlərindən dərin məlumatı olan bir insan kimi tanıyır.

Ötən il Mehriban Əliyevanın rəhbərliyi ilə Rusiyanın və Azərbaycanın Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti ilə Tretyakov qalereyasında təşkil olunan “Abşeronun bürcləri” sərgisi iki ölkə arasındakı mədəni münasibətlərin çox kiçik bir hissəsi olsa da, Mehriban xanımın sayəsində bu layihə uğurlu şəkildə gerçəkləşdirilmişdir.

Onacan sağlığı və ölkəsinin daha da çiçəklənməsini arzu edirəm. Hər zaman belə xeyirxah, səmimi qalmasını, iki ölkənin, eləcə də Qafqazın mədəniyyət xadimləri üçün nümunəvi rəhbər, şəxsiyyət kimi öndə olmasını diləyirəm".

"Ədalətli Rusiya" partiyanın lideri Serqey Mironovun isə təbrikində deyilir:

“Mehriban Əliyeva, Azərbaycanın daxili və xarici siyasətində eləcə də, elm və mədəniyyət sahəsində olduqca uğurlu addımları ilə tanınan, səmimi və gözəl insan. Mehriban xanımla görüşmək şərəfinə nail olan hər kəs onun intellektual səviyyəsinə, problemlərin həllində ən optimal çıxış yolları irəli sürməsinə heyran olur. Bu gözəl xanımı, Azərbaycanın birinci vitse-prezidentini doğum günü münasibəti ilə təbrik edir, ona sağlam və gümrah ömür yolu arzu edirəm”.

Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski:

“Rusiyanın Liberal Demokratik Partiyası adından və şəxsən öz adımdan Mehriban Arif qızı Əliyevanı doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycanın birinci vitse-prezidentinin tərcümeyi-halını oxuyarkən bu gözəl və cazibədar xanımın gənc yaşda ölkəsi üçün atdığı addımlar və qazandığı nailiyyətlər qarşısında təəccüblənməmək olmur. İnanmaq çətin olsa da, Mehriban xanım həyatının ən gözəl illərini elmi işlərə, doğma ölkəsi Azərbaycanın mədəniyyətinin çiçəklənməsinə həsr edib.

YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülmək onun göstərdiyi xidmətlərini beynəlxalq səviyyədə qiymətləndirilməsinin əvəzsiz nümunəsidir. Çiyinlərində ölkəsinin bütün yükünü daşıyan bu xanım eyni zamanda, xalqının bütün problemlərinə həssaslıqla yanaşaraq millətinin sevgisini qazanıb. Hətta ən güclü kişilər belə bu uğurları qazana bilmir. Hörmətli Mehriban xanım, sizə can sağlığı arzu edirik. Ölkənizdə hər zaman əmin-amanlıq hökm sürsün!”

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev:

“Bu gün dövrün ən güclü siyasi xadimlərindən olan Mehriban Arif qızı Əliyevanın doğum günüdür. Bu gözəl gün münasibəti ilə onu ürəkdən təbrik edirəm. Özünün uğurlu layihələri ilə dünya arenasında Azərbaycan mövqelərinin gücləndirilməsinə yönəldilmiş strateji addımlar atan Mehriban xanım bu gün dünya üzrə ən güclü qadınlardan biridir. Azərbaycan xalqı Mehriban xanım kimi yüksək intellek sahibi, enerjili bir nümayəndəsi olduğu üçün şanslıdır. Mehriban xanım sizi təbrik edir, ailənizlə birlikdə uzun və xoşbəxtlik dolu illər arzu edirəm!”


20:12 26.08.2017
Xəbər lenti
Bütün xəbərlər