KANAL24.AZ
Az Iw En Ru

Tovuzda DƏHŞƏTLİ GECƏ: 2 azyaşlı öldü, avtomobil yandı - VİDEO - FOTO

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kanal 24 ARB 24-ə istinadla xəbər verir ki, qəza rayonun Əyyublu kəndinin köhnə yol adlanan ərazisində qeydə alınıb.

"VAZ" markalı avtomobil Əyyublu kənd sakini, 12 yaşlı Pərvin Kərimov və Bayramlı kənd sakini, Əyyublu kəndinə qonaq gələn 10 yaşlı Əfsanə Qəfərovanı vuraraq hadisə yerindən qaçıb. Azyaşlılar aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişiblər. Bədbəxt hadisə uşaqlar küçədə oynayarkən baş verib.

Daha bir piyadavurma faktı rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini 67 yaşlı Cəmilə İsmayılova yaşadığı evin qarşısında "VAZ 21-06" markalı avtomobillə vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb. Xəsarət alan piyada isə dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Axşam saatlarında rayonun Mirzə Fətəli Axundov küçəsində isə Kamran İmamquluzadəyə məxsus "Opel" markalı minik avtomobili yanıb. Alov nəqliyyat vasitəsinin mühərrik hissəsindən başlayıb.

 

Hadisə yerinə dərhal FHN-nin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Alov tez bir zamanda söndürülüb. Avtomobilin motorxanası yanaraq sıradan çıxsa da, digər hissələr yanğından mühafizə olunub.

Tovuzda maşın 2 azyaşlını vuraraq öldürdü, sürücü hadisə yerindən qaçdı


20:02 26.08.2017
Xəbər lenti
Bütün xəbərlər