KANAL24.AZ
Az Iw En Ru

ABŞ alimləri dəm qazından zəhərlənmə əleyhinə maddə tapıblar

Dəm qazı üzvi materiyanın (oduncağın və ya kömürün sobada) tam yanması zamanı əmələ gəlir. Bu avtomobillərin tüstü qazlarında da olur. ABŞ-da dəm qazı ilə zəhərlənmə səbəbindən ildə 50 mindən çox insan xəstəxanaya düşür.

Kanal24 Azərbaycan Milli Elmlər Akademiyasının Neft–Kimya Prosesləri İnstitutunun saytına istinadla xəbər verir ki, “Nauka i jizn” jurnalının məlumatına görə, ABŞ-ın Pittsburq Universitetinin alimləri dəm qazından zəhərlənməyə qarşı maddə tapıblar. Bu neyroqlobin zülalıdır, hemoqlobinə qohumdur və beyin hüceyrələrində, gözün torlu qişasında, bütün əsəb sistemində və onurğa beyni mayesində olur. Tədqiqatçılar neyroqlobinin mutant versiyasını alıblar. Bu versiya dəm qazı ilə hemoqlobinə nəzərən 500 dəfə daha möhkəm əlaqə yaradır və bununla da həyati əhəmiyyətli zülalı zəhərdən azad edir. Təcrübələrdə neyroqlobin ölümcül dozada siçanların 87 faizini xilas edib. Daha iri heyvanlar, sonra da pasiyentlər üzərində təcrübələrin aparılması planlaşdırılır.


19:46 26.08.2017
Xəbər lenti
Bütün xəbərlər