KANAL24.AZ
Az Iw En Ru

Bakıda evə basqın: Ev sahibi döyüldü

Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birinə gəlmiş 2 naməlum şəxs ev sahibini döyüb, pul və qızıl əşyalar verməsini tələb ediblər.

Kanal24 DİN-ə istinadən xəbər verir ki, quldurlar səs-küy yarandığından istədiklərinə nail ola bilməyərək, hadisə yerini tərk ediblər.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və Vüsal Abdullayev tutulublar.


22:17 22.08.2017