Qobustan rayonunda köhnə 6 ədəd transformator yenisi ilə əvəz olunub.
Rayon icra hakimiyyətindən bildirilib ki, Qobustan Elektrik Şəbəkəsinin bütün xidməti ərazilərində işıq dirəklərinin yenilənməsi, kabellərin dəyişdirilməsi işləri aparılır. Köhnə 6 ədəd transformator yenisi ilə əvəz olunub. Yenidənqurma işlərinin nəticəsi olaraq itkilər 4 faiz azalıb. Belə ki, itkilər 15 faizdən 11 faizə düşüb. Hazırda işlər davam etdirilir.