Ağdamın “Qarabağ” futbol klubu Bakı-Kopenhagen reysi ilə Danimarkaya yollanıb.
Komandamız 5 saatlıq uçuşdan sonra Kopenhagenə çatıb.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında avqustun 23-də səfərdə “Kopenhagen”in qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.