KANAL24.AZ
Az Iw En Ru

Bakıda 17 yaşlı gənc kütləvi dava zamanı bıçaqlanıb

Bakıda kütləvi dava zamanı gənc oğlana 3 bıçaq zərbəsi vurulub.

Hadisə Nizami rayonunda baş verib.

Belə ki, 8-ci kilometr qəsəbəsinin yaxınlığında 4 nəfər arasında əlbəyaxa dava olub. Dava zamanı 17 yaşlı Bağırov Elgün Firudin oğlunun ayaq nahiyəsinə 3 bıçaq xəsarəti yetirilib. O, çoxlu qan itirdiyindən taksi vasitəsilə xəstəxanaya çatdırılıb və yaralıya tibbi yardım göstərilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Fakt araşdırılır.


17:19 22.08.2017
Xəbər lenti
Bütün xəbərlər