KANAL24.AZ
Az Iw En Ru

Prezidentin fəxr etdiyi texnika – T-72 tankı

Ukrayna Prezidenti Pyotr Poroşenko Kiyev zavodunda modernləşdirilmiş T-72A tankı haqqında Feysbuk hesabında paylaşım edib.

Kanal24 xəbər verir ki, dövlət başçısı T-72A döyüş tankının daha təhlükəsiz və səmərəli olduğunu bildirib.

“Modernləşmə zamanı "Kiyev zirehli tank fabriki" dövlət müəssisəsi tərəfindən Ukrayna hərbçilərinin təcrübəsini nəzərə alınmışdır. Həmçinin 2017-ci il dövlət büdcəsində dəyişikliklər sayəsində "Oplot" tankları da Ukrayna ordusunun invertarına daxil olacaq. Ukrayna ordusu hər gün daha da güclənir”, - Poroşenko bildirib.


01:05 21.08.2017