KANAL24.AZ
Az Iw En Ru

İQ səviyyəsi Albert Eynşteyndən yüksək olan uşaq

Londonda yaşayan 12 yaşlı Hindistan mənşəli Rahul “Dahi uşaq-2017” müsabiqəsinin qalibi olub.

 
 “The Mirror” nəşri  xəbər verir ki, finalda Rahul ingiltərəli Ronana 10:4 hesabı ilə qalib gəlib.
“Biz uğurlara alışmış ailəyik. İmtahanların və yarışların öhdəsindən müvəffəqiyyətlə gəlirik”, - bunu jurnalistlərə uşağın atası Mineş deyib.
Qeyd edək ki, hesablamalara görə, 12 yaşlı Rahulun İQ səviyyəsi məşhur fizik Albert Eynşteynin müvafiq göstəricisindən yüksəkdir.

00:23 21.08.2017