25 yaşlı ABŞ vətəndaşı Horxe Edvin Rivera dəfələrlə Meksikadan ABŞ-a narkotik vasitələrini pilotsuz uçucu aparatın vasitəsi ilə daşıyıb.
Polisin məlumatına görə, Rivera cari ilin mart ayından bu günə kimi azı beş dəfə sərhəddən narkotik keçirib. Bir dəfəyə pilotsuz uçan aparat 6 kiloqrama yaxın narkotik vasitə daşıya bilib.