KANAL24.AZ
Az Iw En Ru

Körpənin eşitmə qüsurlarını müəyyən etmək mümkündür

Kiçik bir müayinə vasitəsilə körpənin eşitmə qabiliyyətini müəyyən etmək mümkündür.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən bildiriblər ki, körpənin bizi eşidib-eşitmədiyini yalniz eşitmənin skrininq müayinəsindən sonra müəyyən etmək olar. Yenidoğulmuşlarda eşitmənin skrininq müayinəsi qısamüddətlidir və heç bir ağrıya səbəb olmur. Xarici qulaq keçəcəyinə yerləşdirilən prob vasitəsilə ya təbii yuxu, ya da süd əmmə vaxtı, sakit şəraitdə həyata keçirilir.


21:15 15.08.2017