KANAL24.AZ
Az Iw En Ru

Uşaq Sanatoriyasından oğurluq edən şəxs tutulub

Lökbatan qəsəbəsində yerləşən Uşaq Sanatoriyasının binasından elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmiş Aleksey Krasnikov tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-nə keçən gecə Lökbatan qəsəbəsində yerləşən Uşaq Sanatoriyasının binasından 50 metr elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmiş qəsəbə sakini A.Krasnikov tutulub.

Aparılan tədbirlərlə onun cari ilin mart-iyul ayları ərzində 1 şirkətdən və 6 evdən elektrik kabelləri oğurlaması da müəyyən edilib.


01:53 13.08.2017
Xəbər lenti
Bütün xəbərlər