Bakıda iki nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Kanal24 Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşları sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.