KANAL24.AZ
Az Iw En Ru

"Shacman" traktorla toqquşdu - 1 nəfər həyatını itirdi

Bərdə rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avqustun 11-də saat 13 radələrində Bərdə rayonu ərazisində Göygöl rayon sakini Elşad Əkbərov idarə etdiyi "Shacman" markalı avtomobillə qarşıda gedən Yevlax rayon sakini Arzuman Dadaşovun idarə etdiyi "MTZ-80" markalı traktoru vurub.

Qəzada A.Dadaşovun sərnişini, həmyerlisi Elşad Kərimov hadisə yerində ölüb.

 

DİN-in Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır


23:43 12.08.2017
Xəbər lenti
Bütün xəbərlər