KANAL24.AZ
Az Iw En Ru

Neftlə bağlı proqnozlar dəyişdi

Beynəlxalq Enerji Agentliyi (İEA) Çin və Hindistan daxil olmaqla, inkişaf etmiş istehlak proqnozlarını endirməsinin ardınca OPEC-in də ehtiyacı olacağı neftlə bağlı proqnozunu azaldıb. 

Hesabatda qlobal neft bazarlarının OPEC və müttəfiqlərinin tətbiq etdiyi hasilat azaltmaları ilə tarazılığa qovuşduğu qeyd olunub. 

Məlum olub ki, OPEC-in bu il gündəlik təxminən 32.6 milyon barel neftə ehtiyacı var. Bu rəqəm iyul ayındakı günlük 32.84 milyon barel proqnozdan azdır. 

Buna baxmayaraq, IEA neft istehsalının məhdudlaşdırması müqaviləsində iştirak edən ölkələrin razılaşmaya əməl edəcəkləri yönündə şübhələrin artdığını vurğulayıb. 

Təşkilat 2017-ci il üçün gündəlik qlobal neft tələbini iyul proqnozu ilə müqayisədə 400 min barel azaldaraq 97,6 mln. barelə,  2018-ci il üçün də 400 min barel azaldaraq 99 mln. barelə endirib.


21:55 11.08.2017
Xəbər lenti
Bütün xəbərlər