KANAL24.AZ
Az Iw En Ru

6 nəfərlik avtomobilə 50 adam mindirdilər

Çinin Quiyanq şəhərində  bir avtomobildə yoxlanış aparmağa qərar verən polislər gördükləri mənzərə qarşısında şoka düşüblər. Yerli zavodlardan birinə məxsus avtomobil 6 yerlik olsa da, onun içindən nə az, nə çox 50 nəfər çıxıb.
 
Səbəbi də məlumdur. Sən demə zavod rəhbərliyi işçiləri evlərinə daşıyarkən əlavə xərcə düşməmək üçün 50 işçini bir maşına yığmaq qərarına gəlib. Bunun üçün maşındakı oturacaqları sökdürən şirkət rəhbərliyi, hər gün onun içində necə deyərlər ətdən divar hörüb.
 
Faktla bağlı araşdırmalara başlayan çin polisi ilk mərhələdə sürücünü cərimələyib. Bununla belə, polis orqanları həmin sürücüyə kəsilən cərimənin məbləğini açıqlamayıb.
 
Qeyd edək ki, hər ölkədə olduğu kimi Çində də bir avtomobilin maksimum tutumundan daha çox sərnişin və ya yük daşımaq olmaz.//atv.az

19:00 15.05.2015