KANAL24.AZ
Az Iw En Ru

Əhalinin nəzərinə - Mütləq oxuyun

Meyvələr süfrəmizin ayrılmaz hissəsi olub ilboyu gündəlik qidalanmada istifadə olunurlar. Bu məhsulların tərkibində insan orqanizmi üçün zəruri olan bir çoх maddələr üzvi turşular, minerallar, vitaminlər və s. maddələr var. İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bu yazısında insan orqanizmi üçün gərəkli meyvələrdən olan əriyin istehlakı zamanı vacib olan bəzi məsələlər barədə məlumatlar yayıb.

Həmin məlumatları təqdim edirik.

Əriyin dərildikdən sonra üç-beş gündən artıq qalmamalıdır. Əriyin 20-dən çox növü mövcuddur. Ərik meyvələri zəngin kimyəvi tərkibə və yüksək qidalılığa malik olduğundan böyük təsərrüfat əhəmiyyəti kəsb edir. Tərkibində şəkərlər, müxtəlif turşular, pektin maddələri və vitaminlər var. Toxumlarında 45-58 % yağ və 25 % zülal var. Ərik qalxanvari vəzi xəstəliklərinin qarşısını alır.

Əriyin xarici görünüşü və yetişdiyini orqonoleptik göstəricilərə görə təyin etmək olar. Meyvələrin yığılması vaxtı onun istehlak məqsədindən asılıdır. Təzə halda yemək üçün meyvələr tam yetişdikdə yığılır. Emal üçün nəzərdə tutulmuş meyvələr tam yetişməyə 3-4 gün qalmış yığılır və qablaşdırılır. Qablaşdırılmadıqdan əvvəl əriklər növlərinə görə qruplaşdırılmalıdır.

Əriklər müxtəlif irilikdə, formada və rəngdə olur. Bir meyvənin çəkisi orta hesabla 40-50 q olur. Təbii meyvələri iyun və iyulda yetişir. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir.

Əriyin daşınması xüsusi taralarda həyata keçirilir. Ərik qablaşdırılan taralar möhkəm, təmiz-quru olmalı, kənar iy verməməlidir. Taralarda əriklər səliqəli və iki sıradan çox olmayaraq yığılmalıdır.

Ticarət şəbəkəsində əriyin yaxşı və keyfiyyətli qalması üçün onu -0,50 C + 0,5ºC temperaturda saxlamaq lazımdır. Ev şəraitində isə +50 C +80 C temperaturda saxlanıla bilər. Əriyi soyuducuda polietilen paketlərdə saxlamaq olar. Əriyin saxlanmazı zamanı nisbi rütubətliyi 90 % olmağı məqsədəuyğundur.

Əriyin yetişməsinin müəyyən edilməsinin bir sıra üsulları var. Belə ki, təzə əriyin rəngi qızılı və narıncı olur. Ərikdə olan çəhrayı rəng onun şirin olacağına dəlalət edir. Yetişmiş ərik yumşaq olur.

Hazırlanma texnologiyasının pozulması məhsulun xarab olmasına səbəb ola bilər. Belə pozuntulardan ən çox müşahidə olunan hal hermetikliyin pozulmasıdır ki, bu da məhsulun qapağının və dəmir bankalarda dibinin şişkinliyinə səbəb olur. Bu zaman konservə xas olmayan rəng və çöküntünün yaranması müşahidə olunur.

Bu cür məhsullar təmiz, quru və yaxşı vintilyasiya olunmuş yerlərdə 75 faizdən çox olmayan nisbi rütubətdə, qablaşdırılmasından asılı olmayaraq 0-25ºC temperaturda saxlanılmalıdır. Şüşə qablara qablaşdırılmış məhsullar birbaşa günəş şüalarından qorunmalıdır.

Konservlərin keyfiyyəti, rəngi, dadı, qoxusu saxlama zamanı da dəyişikliyə məruz qala bilər. İşığın təsiri altında konservlər yüksək temperaturda saxlanıldığı zaman burada qeyri-fermentativ reaksiyalar sürətlənir. Bu amillərin mənfi təsirini mümkün olduğu qədər azaltmaq üçün ərikdən hazırlanmış konservləri quru, sərin və qaranlıq yerlərdə saxlamaq tövsiyyə olunur.

Təzə ərik alarkən və ya hazırlanan konservləşdirilən məhsullarından istifadə edərkən qeyd olunan əlamətlərinə, saxlanma şəraitinə və müddətinə diqqət edin.


02:55 15.05.2015