KANAL24.AZ
Az Iw En Ru

Nişanlısını "öldürmək" üçün bir il yalvardı - VİDEO

Türkiyənin Çekmeköy adlanan ərazisində nişanlı cütlük ağır yol qəzası keçirib. Hadisənin təfərrüatları mediada müzakirəlrə səbəb olub.

Bir il nişanlısını motosiklete mindirmək üçün yalvaran gənc nəhayət buna nail olur. Nişanlısının motosikletinə ilk dəfə minən qız bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Gənclərin idarə etdiyi motosiklet qarşıdan gələn avtomobilə çırpılıb. Hadisə anbaan kameralara düşüb. Toqquşma nəticəsində qız motosikletin altında qalaraq xəsarət alıb.

Ətrafdan köməyə gələn insanlar hadisənin minik avtomobilinin diqqətsizliyi ucbatından baş verdiyini bildirib.

Faktla bağlı araşdırma başladıb. Minik avtobilinin sürücüsü səhvini qəbul edərək üzr istəyib. Gənc isə "1 ildir nişanlımı motosikletə mindirməyə yola gətirə bilmirdim. Sizin ucbatınızdan daha heç vaxt minməyəcək" deyib.


22:17 01.08.2017