KANAL24.AZ
Az Iw En Ru

"Məni cinlər göndərdi" deyib, qarşısına çıxanı bıçaqladı: yaralılar var - VİDEO

Türkiyənin Tekirdağ rayonunda psixoloji problemləri olan 31 yaşlı Yunus Admış 3 adamı bıçaqlayıb. Ötən gecə baş verən hadisə təhlükəsizlik kameralarına anbaan əks olunub.

Kanal24 Haberler-ə istinadən xəbər verir ki, Yunus Admış adlı şəxs "Məni cinlər göndərdi" deyib əlindəki çörək bıçağı ilə küçədə çıxanlara hücum edib. Aldığı bıçaq zərbələrindən 1-i ağır olmaqla 3 nəfər yaralanıb. 

Ardından bıçaqla özünə xəsarət yetirən Yunus Admış hadisə yerindən uzaqlaşıb.

Jandarma tərəfindən qısa müddətdə tutulan Yunus Admış həbs olunaraq həbsxanaya göndərilib.


19:00 01.08.2017
Xəbər lenti
Bütün xəbərlər