KANAL24.AZ
Az Iw En Ru

Məşhur otel rüsvay oldu - VİDEO - FOTO

Kanar arxipelaqındakı Qran-Kanariya adasında, populyar Playya del İnqles kurortunda yerləşən "Servatur Waikiki Canaria" otelinin nüfuzuna ciddi xələl gəlib. Səbəbsə oteldə istirahət edən turistlərdən birinin çəkdiyi və sonradan sosial şəbəkələrdə paylaşdığı videodur.

Kanal24 Daily Mail-ə istinadən bildirir ki, otelin hovuzu müştərilərin xidmətinə səhər saat 8-də verilir.

Əksəriyyəti britaniyalılar, irland  və almanlar olan turistlər də hovuzun kənarındakı şezlonqlarda yer tutmaq üçün növbə tutaraq siqnal gözləyiblər.

Otelin əməkdaşları "Hovuz açıqdır!" deyən kimi onlar irəli şığıyıblar.

Otel rəhbərliyi bu rüsvayçı olayla bağlı heç bir açıqlama verməyib.

Məşhur otel rüsvay oldu

17:56 01.08.2017
Xəbər lenti
Bütün xəbərlər