KANAL24.AZ
Az Iw En Ru

Donuz qripi yenidən tüğyan edir: 7 ölü, 41 yaralı

Myanmada “donuz qripi” olaraq tanınan H1N1 virusu yenidən insan ölümünə səbəb olub.

Bu barədə Myanma Sağlıq və İdman Nazirliyindən məlumat yayılıb.

Məlumatda son 5 gündə 7 nəfərin öldüyü, virusa yoluxmuş 41 nəfərin isə Yanqon şəhər xəstəxanasında müalicə edildiyi bildirilib.

Qeyd edək ki, H1N1 virusu 2009-cu ilin mart ayında Meksikada yaranmış, daha sonra kütləvi epidemiyaya çevrilərək, bütün dünyaya yayılmışdı. Donuz qripi nəticəsində 18.500 nəfər həyatını itirib.


22:43 31.07.2017
Xəbər lenti
Bütün xəbərlər