KANAL24.AZ
Az Iw En Ru

Venesuela vətəndaş savaşının ərəfəsində: 100 nəfər həlak olub - VİDEO - FOTO

Dünən Venesuelada seçki məntəqəsinə atılmış əl qumbarasının partlayışı nəticəsində 6 nəfər yaralanıb.

İnsident Quariko ştatındakı Valye de la Paskua şəhərində baş verib.

Seçki məntəqəsinə əl qumbarasını binanın qarşısındakı yoldan keçən motosikletçi atıb.

Həmin olaydan 14 dəqiqə əvvəl digər seçki məntəqəsinə də əl qumbarası atılıb. Lakin həmin qumbara partalamayıb.

Ölkə parlamenti olan Konstitusiya Assambleyasına namizəd Xose Veliks Pinyeda isə Syudad-Bolivar şəhərində, evində qətlə yetirilib.

Venesuelanın Baş Prokurorluğunun yaydığı məlumata görə, 39 yaşlı vəkilin evinə soxulan 4 nəfər onu dəhlizdə güllələyib.

"Demokratik Hərəkat" müxalifət blokunun katibi Rikardo Kampos isə etiraz nümayişində güllələnib.

 

Ölkə paytaxtı Karakasdakı etiraz nümayişində isə polislərin yığıldığı yerə əldəqayırma partladıcı qurğunun atılması və işə salınması nəticəsində 11 polis əməkdaşı yaralanıb.

Venesuelada etiraz aksiyalarının başlandığı ilk gündən bəri ötən 4 ayda artıq 100 nəfər iğtişaşlarda, partlayışlarda və toqquşmalarda həlak olub.

Videonu izləmək üçün şəklə klikləyin:

Venesuela vətəndaş savaşının ərəfəsində: 100 nəfər həlak olub


17:32 31.07.2017
Xəbər lenti
Bütün xəbərlər