KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan idmanında nə baş verir?

Xəbər verdiyimiz kimi,bir neçə gün bundan əvvəl  Bakıda güləşçilərimiz etiraz aksiyası keçiriblər.

Aksiyaya səbəb Güləş Federasiyasının idmançılara qarşı biganəliyi, 15 aydır ki maaşların verilməməsi, məşq zallarındakı şəraitsizlik olub. Aksiyada olimpiya çempionu Toğrul Əsgərov, "Rio” olimpiyadasının bürünc medalçısı Rəsul Çunayev, tanınmış güləşçi Hacı Əliyev və digərləri iştirak ediblər.

Aksiyaya gələn idmançılar mövcud vəziyyətin getdikcə pisləşdiyini və 3 həftə sonra başlayacaq güləş üzrə dünya çempionatına heç bir hazırlığın getmədiyini bildiriblər. Onlar belə olan halda bu yarışda da iştirak etməyəcəklərini əlavə ediblər.Aksiya xəbərindən sonra Rəsul Çunayevlı bağlı yayılan xəbər də idman sevərləri məyus etdi.

Belə ki,Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu olan Rəsul Çunayev gələcək karyerası ilə bağlı qərar verib.

Modern.az-ın məlumatına görə, "Rio-2016" nın bürünc mükafatçısı "Neftçi İdman Klubu"ndan ayrılıb. Buna isə Çunayevin qazandığı uğurlara görə vəd edilən mükafatların klub tərəfindən verilməməsi olub. Sadıq Sadıqovun rəhbəri olduğu "Neftçi" İK-dən güləşçiyə "bugün-sabah" deyilsə də, vədə əməl edən olmayıb.
Aldadıldığını görən Çunayev "Neftçi" İK-dən ayrılmağa qərar verib. Məlumatı saytın əməkdaşı ilə söhbətində Bakıda keçirilən I Avropa Oyunlarının qızıl medalçısı özü də təsdiqləyib.

 


16:30 31.07.2017
Xəbər lenti
Bütün xəbərlər