KANAL24.AZ
Az Iw En Ru

Bu davranışlar onurğa sütununa zərər verə bilər..

Orqanizmin skelet sistemində onurğa sütunu çox əhəmiyyətli bir yerə malikdir. 
 
33 fəqərə sümüyünün üst-üstə sıralanması onurğa sistemini meydana gətirir. Bu sistemin əsas vəzifəsi bədənin lazımlı yerlərini qaldırmaqdır. Yəni onurğa sistemi baş, döş və qarın hissəmizdə olan orqanları daşıyır. Xüsusilə baş və gövdənin hərəkət etməsində onurğa sümükləri çox təsirlidir. Onurğa sistemi həmçinin xaricdən gələ biləcək təhlükələrə qarşı daxili orqanlarımızı qoruyur. Bəs onurğanı qorumaq üçün kifayət qədər səy göstəririkmi. 
 
 
Ayaqda durduğumuz zaman onurğanın üzərindəki təzyiq, uzun yürüş zamanı yaranan təzyiqdən daha yüksəkdir. Hər gün saatlarla ayaqda dururuqsa, onurğaya zərərli təsirləri yüngülləşdirəcək bir yol tapmalısınız. Necə qarşısını ala bilərik: Məsələn, dişlərinizi fırçalayarkən, əlinizi bir divara, ya da əlüzyuyana söykənərək onurğa üzərindəki təzyiqi azalda bilərik.
 
Qab-qacaq yuma
 
Yuyarkən, adətən, gərgin qollarla yarım bükülmüş bir mövqedə dururuq. Bu da bel sümüklərinin aşınmasına səbəb olur.Qab-qacaq yuyanda dizinizin altına bir kətil (Söykənəcəyi olmayan sadə stul) qoyun. Bu, təzyiqin azaldılmasına yardımçı olacaqdır.
 
Maşının təkərini dəyişdirərkən
 
Maşının təkərini dəyişdirən zaman, ehtiyyatsızlıqdan gün boyu dözülməz ağrılarla qarşılaşa bilərik. Təkəri dəyişən zaman maşına söykənməyin.Bunun əvəzinə dizlərinizin altına təmiz bir bez sərin, beləliklə gözləriniz maşının təkərləri ilə eyni səviyyədə olacaqdır.
 
Bazarlıq etdiyimiz paketləri daşıyarkən
 
Məsələn, marketdən alış-veriş etdiyimiz ərzaqları tək paketlə toplamaq əvəzinə, bir neçə paketlərə qoyaraq yükünüzü tarazlıqda saxlamağa çalışın. Yerdəki yükü qaldırarkən mütləq dizlərinizi bükün.
Yeri təmizləyərkən
 
Hər gün olmasa da, həftədə ən az bir dəfə evlərimizi təmizləyib onurğamıza vəhşicəsinə işgəncə edirik. Döşəməni əllərinizlə silmək əvəzinə, onun yerinə Süngərli döşəmə fırçaları ilə silməyə üstünlük verməlisiniz.
 
Ayaqqabı geyinərkən
 
Əyilmiş bir duruşda gördüyümüz hər şey, fəqərə arası disklərə zərər verir.Oturduğunuz yerdə ayağınızı yuxarı qaldıraraq ayaqqabılarınızı bağlamağınız daha məqsədə uyğundur.
 
Kürək çantası daşımaq
 
Yükün bərabər bölgü üçün kürək çantasının iki qayışını da taxmağınız lazımdır. Geniş və yumşaq qayışlarla kürək çantaları taxmaq daha məqsədə uyğundur.
 
Yuxarıdakı əşyalara uzanmaq
 
Bir şeydən dəstək almadan bir əşyaya bacardığımız qədər qollarımızla birlikdə yuxarı dartınsaq, onurğa disklərinə çox zərər verə bilərik. Bunu edərək əlbəttə, disklər partlamayacaq, ancaq bu hərəkətləri müntəzəm olaraq təkrar etsəniz pis nəticələr ortaya çıxa bilər.Yuxarıdan ağır bir şey almaq lazım gəlirsə, təzyiqi minimuma endirmək üçün bir stul istifadə edin. İdeal olaraq, ağırlıq sinənizin səviyyəsində olmalıdır.
 
 

17:14 30.07.2017
Xəbər lenti
Bütün xəbərlər