KANAL24.AZ
Az Iw En Ru

Çox yaşamaq istəyən qadınlar nəyə diqqət etsin?

Alimlərin araşdırmasına görə, çox yaşamaq istəyən qadınlar öz yaşıdlarına ərə getməlidir.

Ərin yaşlı və ya cavan olması qadının həyatını qısaldır. Gənc xanımla evlənən kişilərsə heç nədən narahat olmamalıdırlar. Tədqiqat göstərir ki, onlar çox yaşayır və daha sağlam qalırlar.

 

Cavan əri olan xanımlar da bu nigahdan eyni cür faydalana bilərlər. Amma almaniyalı alimlər bunun əksini iddia edirlər. Onlar iki milyon danimarkalı cütlüyün tibbi qeydlərini öyrənəndən sonra belə nəticəyə gəliblər ki, yaşlı ər qadının həyatının daha qısa olmasına səbəb olur. Qadınların özlərindən cavan kişi ilə evlənməsi isə daha pisdir. Araşdırma göstərib ki, belə halda ölüm səviyyəsi 20 %-dir. Versiyaya görə, özlərindən cavan ərləri olan qadınlar sosial normaları pozmuş olurlar və bu, stressə səbəb olur.

 

 


15:50 30.07.2017
Xəbər lenti
Bütün xəbərlər