KANAL24.AZ
Az Iw En Ru

Səhərdən axşama qədər işləyən azyaşlılar – VİDEO

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində çalışan uşaqların əksəriyyəti 8, 10, 12 yaşlarındadır. Kimisi orta məktəbdə təhsil alır, kimisi yox.

Kanal24 ARB TV-yə istinadən xəbər verir ki, bəziləri burada işləməyə valideynləri tərəfindən məcbur edilir.

Uşaqlar səhər saat 7-dən, axşam saat 10-a, bəzən gecə yarısına kimi qarğıdalı və ya fındıq satırlar.

“Bizə səhər-səhər 80 ədəd vermişdilər, satdıq onu. İndi 120 qarğıdalı gətirdilər, satmalıyıq onu”, - qarğıdalı satıcısı deyir.

Əmək məcəlləsində uşaqların işə qəbul edilməsinin minimum yaş həddi 15 yaş müəyyən edilib. Qaydanı pozanlara isə yüksək məbləğdə cərimələr gözləyir.

Apardığımız kiçik araşdırma onu deməyə əsas verir ki, uşaq əməyindən sui-istifadə ilə bağlı qadağalar pozulur. Mütəxəssislərin fikrincə bu cür halların sayının azalması üçün yerlərdə reydlərin keçirilməsinə zərurət var.


06:45 27.07.2017
Xəbər lenti
Bütün xəbərlər