ABŞ prezidenti Donald Trampın daha bir çıxışı sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Kanal24 RİA Novosti-yə istinadən xəbərinə görə, ABŞ prezidenti bazar ertəsi “Obamacare” tibbi sığorta layihəsini tənqid edən nitqlə çıxış edib. Lakin sosial şəbəkə iştirakçılarının diqqətini Trampın çıxışı deyil, onun arxasında dayanan qəribə qaşlı qadın çəkib.