KANAL24.AZ
Az Iw En Ru

6 saatdan az yatmayın

Həkimlərin və somnoloqların (yuxu üzrə mütəxəssislər) araşdırmalarına görə, gecə 6 saatdan az yuxunun olması orqanizm üçün çox ziyanlıdır və müxtəlif xəstəliklərin inkişafına yol açır.

 
- Yuxu zamanı bizim orqanizmdə bərpa prosesləri sürətlə gedir - orqanizm yenilənir, cavanlaşır. Beləliklə, yuxunun az olması daha sürətli qocalmasına gətirib çıxardır. İlk növbədə bu özünü dərinin daha tez qocalmasında, solğun, quru olmasında, qırışların əmələ gəlməsində büruzə verir.
 
- Yuxunun 6 saatdan az olması insult kimi ağır pozulmanın riskini xeyli artırır.
 
- Yuxu zamanı ürək-damar sistemi də dincəlir və bərpa olunur, ürəyə düşən gərginlik azalır. Bu fasiləsiz işləyən ürək üçün olduqca vacibdir. Yuxunun az olması ürək-damar sisteminə çox mənfi təsir edir, ürək xəstəliklərinin riskini artırır.
 
- Yuxunun az olması piylənmənin riskini 30% artırır. Bunun səbəbi az yatan insanların orqanizmində aclıq və toxluq hormonların arasında tarazlığın pozulmasıdır. Məhz bu səbəbdən arıqlamaq istəyən insanlara həkimlər 7-8 saatdan az olmayaraq yatmağı  tövsiyə edir.
 
- Sübut olunub ki, yuxunun az olması orqanizmin insulinə olan həssaslığını azaldır və nəticədə 2 tip şəkərli diabet xəstəliyinin riskini artırır.
 
- Gecə 6 saatdan az yatan insanların immun sistemi zəifləyir və nəticədə belə insanlar soyuqdəymə və virus xəstəliklərinə daha tez-tez tutulur.
 
- 6 saatdan az yatan insanlarda hipertoniyanın inkişafı riski yüksək olur.
 
- Gecə hətta 1 saat az yatan insanın diqqəti 30% azalır. Bu xüsusilə avtomobil və s. maşın və mexanizmləri idarə edən insanlar üçün təhlükəlidir.
 
- 6 saatdan az yatan insanlar daha tez stress və depressiyalara düşür, nevrozlardan, nevrasteniyadan və s. pozulmalardan əziyyət çəkirlər. Məsələ burasındadır ki, yuxunun az olması qanda stress hormonun səviyyəsini qaldırır.
 
Kanal24 saglamolun.az-a istinadən xəbər verir ki, Yaponiya həkimləri araşdırmalar nəticəsində insan üçün ideal yuxu müddətini təyin etdilər - 6,5-7,5 saat. Həmçinin araşdırmalar nəticəsində məlum oldu ki, 9,5 saatdan çox yatmaq insan üçün ziyanlıdır, bu həyatın qısalmasına səbəb olur.

21:47 26.07.2017