KANAL24.AZ
Az Iw En Ru

Huşunu itirən generalı Ukrayna prezidenti əfv etmədi - VİDEO

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri, general-mayor Viktor Nazarenko vəzifəsindən azad edilib.

Ukrayna prezidenti Petr Poroşenko generalın istefa ərizəsini qəbul edib. Dövlət Sərhəd Xidməti məlumatı təsdiqləsə də, Nazarenkonun hansı səbəbdən istefa verdiyi açıqlanmayıb. Məlumata görə, prezident generalı səhətində problem olduğu üçün işdən azad edib.  

Xatırladaq ki, ötən cümə günü Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ukrayna prezidenti Petro Poroşenko arasında görüş keçirilib. Lukaşenko Kiyevdə görüşün nəticələrilə bağlı çıxış edərkən, Viktor Nazarenko huşunu itirib.

 

Videonu izləmək üçün şəklə klikləyin:

Huşunu itirən generalı prezident əfv etmədi


17:53 26.07.2017
Xəbər lenti
Bütün xəbərlər