KANAL24.AZ
Az Iw En Ru

Bu qidaları qəbul edərkən özünüzü xoşbəxt hiss edəcəksiniz...

Əhval-ruhiyəmizi və əsəb sistemimizi qaydasında saxlamaq üçün kimyəvi dərmanlardan istifadə etmək yerinə,  təbii qidaları qəbul etmək sağlamlığımız və budcəmiz üçün daha faydalıdır.
 
Yumurta
 
Səhər yeməyi, günün ən vacib hissəsidir.Səhər yeməyində amin turşusu baxımından zəngin olan yumurta yeməklə, günə enerjili və xoşbəxt başlayacaqsınız.
Qoz
 
Qozun tərkibində Omega 3 maddəsi boldur.Qoz yeməklə özünüzü hər zamankindən daha güclü və əhval-ruhiyəli hiss edəcəksiniz. 
İspanaq
 
İspanaqda olan fol turşusu, serotonin miqdarını artırır və eyni zamanda stresli vəziyyətlərdə sakitləşməyə kömək edir.
Qara çörək
 
İnsanda əsəb, stress, kədər, depressiya yaradan halları aradan qaldırmaq üçün qara çörək qidalanmaq məsləhətdir.
Banan
 
Bananın tərkibində olan triptofan maddəsi, bizi əsəbləşməkdən qoruyan sakitləşdirici bir maddədir. Özünüzü əsəbi hiss etdikdə banan yeməklə rahatlaşa bilərsiniz.
Çiyələk
 
Şəkər ehtiyacı hiss etdikdə çiyələk yeməyi təcrübədən keçirə bilərsiniz. İçindəki təbii şəkər sizi həm xoşbəxt edəcək, həm də əsəbdən qoruyacaq.
Yerkökü
 
Yerkökü kimi lif nisbəti yüksək qidalar, qandakı şəkəri  taraz tutaraq ani duyğu dəyişikliklərinə mane olur, rejimimizi stabil saxlayır.

 


21:48 25.07.2017