KANAL24.AZ
Az Iw En Ru

Sürücü insult keçirdi, maşını betona çırpdı - Ölən var

Balakəndə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Kanal24 DİN-ə istinadən xəbər verir ki, iyulun 23-də saat 15 radələrində Balakən rayonunun Sarıbulaq kəndi ərazisində rayon sakini Məhəmməd Bağdatov "VAZ-2107" markalı avtomobili idarə edərkən insult keçirdiyindən avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.


20:11 24.07.2017
Xəbər lenti
Bütün xəbərlər