Ukayna və ABŞ-ın birgə keçirdiyi "Sea Breeze-2017" təlimi bu gün sona çatıb.
Bu barədə Ukrayna Hərbi-Dəniz Qüvvələri Komandanlığı məlumat yayıb.
Odessa və Nikolayevsk bölgəsində bağlanış mərasimlərinin təşkil olunduğu bildirilib.
Manevrlər 16 ölkədən təxminən 3 min 500 əsgəri personalın, 30 gəminin, 22 hərbi təyyarənin iştirakı ilə təlimlər keçirilib.