KANAL24.AZ
Az Iw En Ru

15 minlik oğurluq edən qadınlar tutuldu

Gəncədə oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Aynur Məmmədova və Sədaqət Quliyeva tutulublar.

Onlar iyulun 17-də rayon ərazisindəki evlərdən birindən 15000 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda təqsirləndirilirlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


00:55 23.07.2017