KANAL24.AZ
Az Iw En Ru

Bakıda idmançı qəza törətdi: ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Dünən axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Səfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi "Mersedes Qalendevagen" markalı avtomobillə piyadanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur.

Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


18:58 21.07.2017