KANAL24.AZ
Az Iw En Ru

Vəfat edən məşhurların yaşayan profilləri

Vəfat etmiş insanlar bizdə həmişə qəribə təəssüratlar oyadır.  Çoxumuz dünyasını dəyişənləri həsrətlə anırıq, yad edirik. Həmişə düşünürük ki, kaş, sağ olaydı, heç olmasa bir söz deyər, halını-əhvalını xəbər alaradıq.

Amma nə qədər qəribə də olsa biz onlara rast gəlirik.

Elə gün olur ki, üç-dörd dəfə onların sanki nəsə yazacaqlarına inanırmış kimi daxil olub, profillərini ziyarət edirik.

Bunlar bədənləri qəbrdə olsalar da, dostluğumuzda daim yaşayan dünyasını dəyişmiş məşhur Facebook profillərinin sahibləridir.

ATV.az  olaraq azərbaycanlı məşhurların son statuslarına nəzər salır və onları bir daha rəhmətlə anırıq.

Bir çox tanınmış sənətkarların sosial şəbəkədə şəxsi səhifələrindəki son paylaşımları ölmüş xatirələri yenidən oyadır.

1. Vaqif Səmədoğlu

Şair, dramaturq, publisist xalq şairi Vaqif Səmədoğlu 5 iyun, 1939-cu ildə Bakı şəhərində dünyaya göz açmışdı. Bu il yanvar ayının 28-də aramızdan ayrılan şair “Facebook” sosial şəbəkəsinin ən fəal istifadəçilərindən idi. Onun  profili hələ də qalmaqdadır. Son paylaşımı isə özündən xatirə qoyub getdiyi şeirlərindən biri olub.

2. Azərbaycan Yazıçılar Birliyinin üzvü, görkəmli şair Adil Mirseyid 1952-ci ildə anadan olub.

2014-cü il iyulun 14-də dünyasını dəyişib.

 

3. 2011-ci il avqust ayının 10-da  dünyasını dəyişən mərhum jurnalistCeyhun Nağının 39-yaşı var idi...

4. Yazıçı-filosof, həkim-kardioloq Rafiq Tağı, 1950-ci ildə doğulub, 2011-ci ildə dünyasını dəyişdi.

Özünün “Facebook” səhifəsində dostlarının daimi paylaşımları, mərhum yazarın unudulmadığının göstəricisidir. Özünün son paylaşımında isə bütün dostlarını salamlayıb.

 

5. Xalq artisti, professor Ramiz Mirişli 1934-cü ildə 16 apreldə Bakıda dünyaya gəlmişdi. Tanınmış bəstəkar Ramiz Mirişlini bu il aprelin 17-də itirdik.  Onun son paylaşımı Azərbaycanın üç rəngli bayrağı olub.

6. Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, aktyor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı; Azərbaycanın xalq artistiYaşar Nuri.

1951-ci ildə dünyaya gələn aktyor 2012-ci il noyabrın 22-də uzun müddət əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib. Sanki son vida edirmiş kimi, son paylaşımı da gülüş simvolu olub.

 

7. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşı  Rəna İbrahimova bu ilin 2 fevralında  beyinə qan sızmasından vəfat etdi. Son dəfə isə profil şəklini sonuncu kərə və əbədi dəyişdirdi.

 

8. Zərdüşt Şəfi- 3 avqust 2012-ci ildə, 25 yaşında ölən gənc yazar  sonuncu dəfə "iş axtarıram" statusu ilə ölümə qovuşdu.

Onu da qeyd edək ki, həmin profillərə insanların marağı hələ də itməyib. İnsanların hər il eyni vaxtda bu insanların şəxsi səhifələrində etdikləri paylaşımlar  profillərini ölməyə qoymur./ATV.AZ/


02:46 05.05.2015