KANAL24.AZ
Az Iw En Ru

Növbəti 3 ildə G20-ni keçirəcək ölkələrin adı açıqlandı

G20 (“Böyük iyirmilik”) ölkələrinin sammitinə 2018, 2019 və 2020-ci illərdə ev sahibliyi edəcək ölkələrin adları açıqlanıb.

“RİA-Novosti” agentliyinə istinadən xəbər veririk ki, bu haqda NHK televiziya şirkəti məlumat yayıb.

Sammit 2018-ci ildə Argentinada keçiriləcək. Yaponiya isə 2019-cu ildə beynəlxalq tədbirə ilk dəfə ev sahibliyi edəcək. 2020-ci ildə isə dünya liderlərini Səudiyyə Ərəbistanı qəbul edəcək.

Məlumatına görə, bu haqda rəsmi məlumatı sammitin yekununda Almaniya kansleri Angela Merkel açıqlayacaq


00:25 09.07.2017
Xəbər lenti
Bütün xəbərlər