KANAL24.AZ
Az Iw En Ru

Tədqiqatçılar bütün insanların sevdiyi rəngi açıqladı

“G.F2 Smith” şirkətinin britaniyalı tədqiqatçıları bəşəriyyətin sevdiyi rəngi açıqlayıb.

Xarici mətbuat xəbər verir ki, bu, dizayner Enni Marsın şərəfinə “Green Marrs” adı verilən firyzəyi çalardır. Hamının sevdiyi rəng dünyanın hər yerindən on minlərlə insanın iştirak etdiyi onlayn-səsvermə yolu ilə seçilib.

Sorğunun nəticəsi “Viewpoint Colour Magazine” jurnalının redaktoru Karolina Tilli təəccübləndirməyib. Onun sözlərinə insanlar onları gündəlik stressdən xilas edən rəng çalarlarını seçməyə meyllidirlər:

"İnsan urbanizasiya və rəqəmsal həyat tərzinə daha çox yüklənir və təbiətlə ünsiyyətdən korluq çəkir. Belə rənglər isə bu əlaqəni bərpa etmək və qismən azaltmaq iqtidarındadır".

Xatırladaq ki, "Pantone" versiyası üzrə 2017-ci ilin rəngi yaşıl “Greenery” olmuşdu. “Pantone” rəng təşkilatının direktoru Leatris Eysman hesab edir ki, yaşıl təbiətlə bəşəriyyətin bir-biri ilə əlaqə rəmzidir.


21:45 08.07.2017
Xəbər lenti
Bütün xəbərlər