KANAL24.AZ
Az Iw En Ru

İtaliyalı fermerdən Putinə traktorlu JEST

İtaliyalı fermer Dario Qambarin öz traktorunun köməyi ilə 25 min kv/km-lik əkin sahəsində Rusiya lideri Vladimir Putinin portretini çəkib.

Rəssamın əsəri elə böyükdür ki, onu yalnız quş uçuşu yüksəkliyindən aydın görmək olur. Qeyri-adi əl işlərinin personaj seçimini isə Dario qarşıdan gələn “böyük iyirmiliyin” sammiti ilə əlaqələndirir.

Fermer əsərinin mükəmməliyini peşəkar şəkildə traktor idarə etmə qabiliyyətilə əlaqələndirib. Qambarin Hamburqda keçiriləcək 20-liyin sammitində Ukrayna və Suriyadakı siyasi və iqtisadi gərginliyin həllinə ümid bəslədiyi üçün portretlər silsiləsində Putinə də yer ayırdığını bildirib.

2016-cı ildə ABŞ-da baş tutan prezident seçkilərinin ən qızğın vaxtında Qambarin prezidentliyə namizəd olan Donald Tramp və Hillari Klintonun da portretlərini çəkmişdi.

İstedadlı fermerin özfəaliyyəti bununla bitmir. O uzun illərdir ki, traktorunun köməyilə keçmiş ABŞ prezidenti Barak Obamanın, Roma papası Fransiskin, Fidel Kastronun və digər məşhur siyasətçilərinin portretini yaradır.

Ceyson Mesyer isə, öz əsərlərində qurudulmuş mal ətindən istifadə edir.

Mesyerin yaradıcılığının əsas qəhrəmanları siyasətçilər və ulduzlardır. Hər bir portretin hazırlanmasına təxmini 50 saat vaxt və bəzən hətta 80 çuval ət sərf olunur. Material holstun üzərində qaldıqca xoşagəlməz qoxu yaranır. Bu isə Mesyerin yaradıcılığının yeganə pis cəhətidir.

Maraqlısı odur ki, Mesyer öz yaradıcılığında tək ətdən istifadə etmir. Onun protretlərinin ərsəyə gəlməyində zibil və tibbi həblərın də xüsusi yeri var.

Rusiyanın ən qalmaqallı rəssamı peterburqlu İrina Romanovskayadır

İrina Romanovskaya rəngləri holsta fırça ilə deyil öz döşləri ilə həkk edir. İra artıq bu üsulla Vladimir Putinin, Dmitri Medvedevin, Ramzan Kadırovun bu üsulla portretlərini yaradıb. Bu siyasətçilər siyahısına həmçinin Yeltsin və Jirinovski də aiddir.

Təəccüblü deyil ki, Putin dünya rəssamlarının ən çox müraciət etdikləri siyasətçi obrazıdır. Məsələn ukraynalı Darya Marçenko Rusiya prezidentinin potretini hazırlamağa 5000 boş patron işlədib. 33 yaşlı xanım əsərini “Savaşın siması” adlandırıb. Portretin yaranma səbəbini isə Marçenko belə izah edir: “İstəyirəm ki, bütün dünya ölkəmin başına gələn ağrı-acıdan xəbər tutsun”.

Müsair incəsənət yaradıcı insanlar qarşısında sədd qoymur. Bir çox yaradıcı şəxslər öz əsərlərində qarğıdalı və qum dənələri, şüşə qırıntıları və s. materiallardan istifadə edirlər.


18:50 08.07.2017
Xəbər lenti
Bütün xəbərlər