KANAL24.AZ
Az Iw En Ru

Türkiyə mediası: Azərbaycan Ermənistanı vurdu - Video

Türkiyənin "Taymtürk", "Haberler", türkcə "Sputnik" və digər mətbuat orqanları bu gün Azərbaycan ordusunun Ermənistan ordusuna hücumundan yazıb.

Türkiyə mediası cəbhə xəttində gərginliyin hələ də davam etdiyini və Azərbaycanın erməni ordusunun mövqelərinə zərbələr vurduğunu bildirib.

Türk mediası "Azərbaycan Dağlıq Qarabağda Ermənistan ordusunu vurdu", Azərbaycan Ermənistanı vurdu" , "Azərbayca erməni birliklərini vurdu" başlıqları altında məlumat yayıblar.

Qeyd edək ki, Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.

"Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.

Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib", - nazirlikdən bildirilib.


04:34 08.07.2017