KANAL24.AZ
Az Iw En Ru

"Azərbaycan və Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var"

“Erməni kartından daha çox istifadə edirlər”.

Azərbaycan və Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var.

Kanal24.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. 

O deyib ki, bu qüvvələr xaricdən təzyiqləri artırıblar və erməni kartından daha çox istifadə edirlər: 

“Qondarma bir “soyqırım”ı bayraq edib, Türkiyəyə qarşı istifadə edirlər. Azərbaycana qarşı törədilənləri isə bundan ayırıb, Türkiyəni ermənilərlə ayrıca üz-üzə qoymaq istəyirlər. Türkiyəni bizə görə ittiham etmək istəyirlər. Halbuki biz qardaş xalqıq, kədərimiz və sevincimiz ortaqdır”.


20:50 27.04.2015
Xəbər lenti
Bütün xəbərlər