KANAL24.AZ
Az Iw En Ru

Qadın və kişi körpünün altındakı maşında yanaraq öldü - VİDEO

Qudyalçayın Quba rayonunun Hacıhüseynli kəndi yaxınlığından keçən hissəsində çayın üzərindəki körpünün altında yanmış "VAZ 21 06" markalı avtomobil tapılıb.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili yardım cəlb olunub.
 
Məlum olub ki, avtomobildə olan qadın və kişi yanaraq ölüb. Hadisənin baş verməsinin səbəbləri bəlli deyil. Ölən şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.(Report)
 
 
 
 

21:00 07.07.2017