KANAL24.AZ
Az Iw En Ru

Canlı yayım zamanı top “CBC Sport”un aparıcısının üzünə dəydi – VİDEO

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “İnter” və “Mladost” arasında keçirilən matçdan əvvəl “CBC Sport” telekanalının əməkdaşı Səmra Əliyeva xoşagəlməz vəziyyətlə qarşılaşıb.

Aparıcı oyundan əvvəl futbolçuların məşq etdiyi “Dalğa Arena”dan reportaj hazırlayırdı. 

Bu zaman oyunçulardan birinin vurduğu top xanım müxbirin üzünə dəyib. Lakin Səmra özünü itirməyib və canlı yayımı davam etdirib.

 

 


13:58 07.07.2017