KANAL24.AZ
Az Iw En Ru

Yoldaşını "zibil"dən qurtarmaq- üçün KREATİV ADDIM-Video

Türkiyədə yaşayan bir kişi həyat yoldaşı yorulmaması üçün evinə "zibil üçün boru xətti" quraşdırıb. 
 
Adana Karataş mahalında əkinçiliklə məşğul olan 46 yaşlı Bəkir Sarı 22 il əvvəl evləndiyi həyat yoldaşı 39 yaşlı Serap Sarıya rahat olsun deyə "zibil üçün boru xətti" quraşdırıb. Onun bu fikirə düşməsi isə 25 il əvvəl izlədiyi "Evdə təkbaşına" filmindən qaynaqlanıb.
500 lirəyə başa gələn boru ikinci mərtəbədəki evin pəncərəsindən yerdəki konteynerə qədər uzanır. 
 
Bəkir Sarı "Mən bu boruları bizim yaxınımızda soba işi ilə məşğul olan bir yerdən almışam. Görən hər kəsin xoşuna gəlir. Adana mərkəzdə olan bir yerdir, hər kəsin evində zibili var, bu sistemin edilməsi lazımdır, yəni xanımların işinə böyük rahatlıq gətirir və hər evə lazımdır” deyir. 
 


13:46 07.07.2017