KANAL24.AZ
Az Iw En Ru

Sel qarşısına çıxan hər şeyi yuyub apardı, şəhərlər su altında qaldı-VİDEO

Yaponiyada yağan həddindən artıq yağışlar 400 min insanı evlərini tərk etmək məcburiyyətində qoyub, 11 nəfər isə itkin düşüb. Hadisə yerindən faciəvi fotoşəkillər yayılmaqdadır. 
 
Yaponiyada yağan yağışlar 11 nəfərin itkin düşməsinə, bir nəfərin də uçqunlar altında qalmasına səbəb olub. 
 
Kyushu adasındakı Fukuoka və Oita şəhərləri sular altında qalıb. Beynəlxalq xəbər agentlikləri 400 min insanın evini tərk etmək məcburiyyətində qaldığını bildirir. 
 
Reuters xəbər agentliyi Fukuokaya doqquz saat ərzində 77 santimetr yağış yağdığını bildirib. Yağan yağışların iyul ayındakı bütün yağışların 2,2 qatı olduğu açıqlanıb. Reuters bir çox yerdə uçqunların olduğunu da bildirib. 
 
Gecəni evakuasiya mərkəzində keçirən zərərçəkmişlərdən biri, "Böyük bir səs- küy eşitdim, sonra evim partladı. Bir ağac divarı deşib otağıma girdi" sözləriylə yaşadıqlarını izah edib. 
 
Əsgərlərin, polislərin iştirak etdiyi 7 min 500 nəfərlik xilasetmə qrupu, su basqınlarında zərər görənlərə yardım etməyə çalışır. 
 
Beynəlxalq xəbər agentliklərinin paylaşdığı fotoşəkillərdə seldə üzən ağacların körpülərin qarşısını kəsdiyi, bir dəmiryolu körpüsünün isə yerlə bir olduğu görülür. 
 
 


04:44 07.07.2017