KANAL24.AZ
Az Iw En Ru

Moskva-Türkiyə təyyarəsində şok anlar - Sərnişin qanına boyandı -VİDEO

Moskva-Antalya  reysi ilə uçan sərnişin  təyyarəsində qorxulu anlar yaşanıb. 
 
Təyyarə havada olarkən,  həddən artıq sərxoş olan sərnişinlərdən biri  ucadan bağırmağa və ətrafı yumruqlamağa başlayıb. 
Yanında oturan sərnişinlər başqa oturacağa keçmək məcburiyyətində qalıblar. 
Qarşısındakı yemək servisini və qarşı oturacağı yumruqlayan sərnişinin üst-başı tamam qana bulanıb. 
 
Sərnişinlər və ekipaj üzvləri adama  mane olmağa çalışsalar da bir müddət bu mümkün olmayıb. 
 
Sərnişinlərin təyyarədən çəkdikləri foto və videolar qısa zamanda internetdə sürətlə yayılıb.
 
 

 

 


04:43 06.07.2017