KANAL24.AZ
Az Iw En Ru

UNICEF: Vətəndaşların həlak olması ilə nəticələnən hadisələrdən narahatıq

"UNICEF vətəndaşların həlak olması ilə nəticələnən hadisələrdən narahatdır”.

Bunu UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin (Edward Carwardine) deyib.

E.Karvardinn qeyd edib ki, biz hər iki tərəfi uşaqları təhlükədən qorumaq üçün əllərindən gələni etməyə və təmkinli davranmağa çağırırıq.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.


22:31 05.07.2017
Xəbər lenti
Bütün xəbərlər