Şırnakda canlı yayım edən iraqlı müxbirin başına qonan quş ona çətin anlar yaşadıb.
Düşdüyü vəziyyətə rəğmən, müxbir çıxışına davam edib.
İraqın “Vaar” telekanalına bağlı canlı yayım edən müxbir başındakı quşa toxunmayıb. Lakin yanındakı qonağa sual verərkən ona tərəf çevrilib və bu tərpənişdən qorxan quş havaya uçub. Hadisə bütün təfərrüatı ilə canlı yayıma yansıyıb.