KANAL24.AZ
Az Iw En Ru

Binyamin Nitanyahu həyat yoldaşı ilə birlikdə ən böyük aviadaşıyıcı gəmidə

İsrsilin baş naziri Binyamin Nitanyahu həyat yoldaşı Sara ilə birlikdə Hayfa sahillərində lövbər atan ABŞ aviadaşıyıcı gəmisini ziyarət edib .

"Amerika və İsrail arasında qorunaraq davam edən bağlantıya görə səfir Fridmana dərin təşəkkürümü bildirirəm.Eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin baş komandanı, Admiral Mişel Hovarda qonaqpərvərliyinə və bizə verdiyi tövsiyələrə görə təşəkkür edirəm.

Bizim oxşar hərbi təşkilatlarımız var ki, problem yarana bilməz .Mənə dedilər ki, belə gəminin mebelsiz və təyyarələrsiz qiyməti 11 milyard dollardır.Bizə iki belə gəmi lazımdır .20 ildir baş nazir vəzifəsindəyəm, bu illər ərzində ikinci dəfə olur ki belə bir gəmini ziyarət edirəm .Bu 20 il ərzində çox şey dəyişib.Bizim əlaqələrimiz möhkəmlənib və biz bilirik ki, İsrailin ABŞ kimi, ABŞ-ın İsrail kimi gözəl dostu vardır.Bu nəhəng gəmidən bir neçə kilometr aralıda "İsrail"adlı aviadaşıyıcı görünür.O da sülh, azadlıq və qələbə rəmzidir.

O da dünyanı terrordan qorumağa, pisliyə qarşı mübarizə aparmağa kömək edir.ABŞ və İsrailin bir çox eyni dəyərləri bölüşürlər.Bizim gücümüz demokratiya üzərinə qurulub.Hər iki xalq sülhsevər xalqdır, lakin bəzi zamanlarda bizim xalqımızı başsız qoymaq istəyən düşmənlərə qarşı savaşmalı olduğumuzu başa düşürük.Biz özümüzü qorumalıyıq və bunu birlikdə etməliyik.Sabah Amerikanın Müstəqilliyinin 241 ci ilidir.İsrail yaxınınızda da, hüdudlardan kənarda da sizin ən yaxın müttəfiqinizdir və bu bayramı sizinlə birgə qeyd edir. Mən həmrəylik ruhuyla bizim dostluğumuzu, dəyərlərimizi salamlayıram.Ad günün mübarək Amerika Birləşmiş Ştatları."-baş nazir çıxış edib.


17:35 04.07.2017
Xəbər lenti
Bütün xəbərlər